Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi virtual elmi konfransda məruzə ilə çıxış edib

  • Oxunub 1280 dəfə

 İyunun 17-də Bakı Dövlət Universitetində (BDU) Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) yaranmasının 90-cı ildönümünə həsr edilmiş “İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçirilib.

  Konfrans BDU, ADİU, Azərbaycan Turizm və Menecment Universitetləri (ATMU) eləcə də digər ali təhsil ocaqlarından olan professor-müəllim heyəti, alimlər və gənc tədqiqatçıların iştirakı ilə baş tutub. BDU-nun rektoru Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. O, son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən bəhs edib, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb.

 Sonra iqtisad elminin müxtəlif aspektlərini əhatə edən mövzularda çıxışlar olub, məruzələr dinlənilib, müzakirələr aparlıb. Onlayn konfransda AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent, İnstitutun Gənc Alimlər Şurasının sədri Ramil Əliyev “Azərbaycan Respublikasında dayanıqlı iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda çıxış edib (economics.com.az).