Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı inklüziv inkişaf üzrə beynəlxalq təlimdə iştirak etmişdir

  • Oxunub 958 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 31 avqust - 4 sentyabr 2020-ci il tarixində Avstriyanın Birləşmiş Vyana İnstitutu və Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunmuş “İnklüziv inkişaf” beynəlxalq virtual təlim kursunda iştirak etmişdir.

  Əvvəlcə Avstriyada ənənəvi qaydada təqdim edilməsi nəzərdə tutulan, lakin Covid-19 pandemiyası səbəbindən onlayn rejimdə təqdim edilmiş kurs maraqlı və faydalı müzakirələr şəraitində keçmişdir. Məqsəd iştirakçıların inklüziv artım anlayışını dərindən dərk etmələrinə kömək etməkdən və makroiqtisadi siyasətin iqtisadi artıma, yoxsulluğa, bərabərsizliyə və iş yerlərinin yaradılmasına təsirini qiymətləndirmək, ölçmək və izləmək üçün onları analitik üsullarla təmin etməkdən ibarət olmuşdur. Mühazirələrdə iştirakçılar uzunmüddətli artımın davamlılığına yönəlmiş inkluziv artımın əsas konsepsiyaları ilə tanış olmuş, məşğələlər isə bu konsepsiyaları praktikada tətbiq etmək və ayrı-ayrı ölkələrin təcrübələrinə əsaslanaraq inklüziv artım strategiyalarının işlənib hazırlanması barədə düşünmək imkanı vermişdir (economics.com.az).