Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

2 Fevral - Gənclər Günü qeyd olunub

  • Oxunub 531 dəfə

 Fevralın 2-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş onlayn toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan Şuranın sədri, i.f.d. Ramil Əliyev Gənclər Gününün yaranma tarixi, dövlətin gənclər siyasəti, ölkəmizin və cəmiyyətin müasir həyatında gənclərin rolu, qələbə ilə nəticələnən 44 günlük müharibədə gənc əsgərlərimizin fədakarlığı, vətən və torpaq sevgisi, qəhrəmanlıqları barədə danışıb.

  Digər çıxış edən gənc iqtisadçılar qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Bu siyasət gənclərin sağlamlığı, təhsili, məşğulluğu, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyətin həyatında fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Gənclər öz üzərlərinə düşən məsuliyyəti başa düşürlər və dövlətimizin, ölkəmizin inkişafı naminə səylə çalışırlar. Qarabağ torpaqlarının düşmən işğalından azad olunması ilə ərazilərimizn bərpası və yenidən qurulması, Qarabağa böyük qayıdış və əhalinin məskunaşdırılması prosesində də gənclər aktiv iştirak etmək əzmindədilər (economics.com.az).