Gənc iqtisadçı alim Moskvada innovasiya konfransında iştirak edib
- Oxunub 1880 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Əliyev iyunun 27-dən iyulun 3-nə kimi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən Skolkovo İnnovasiya Mərkəzində “Rossotrudniçestvo” və “Otkrıtıy Universitet Skolkovo (ОтУС)” tərəfindən təşkil edilmiş “ОтУС yay məktəbi: Elm biznes kimi” adlı gənclər üçün innovasiya konfransında iştirak etmişdir. Konfrans MDB gənc alimləri və mütəxəssisləri şurası üzvlərinin iştirakı çərcivəsində keçirilmişdir.
Yay məktəbinin məqsədi “Skolkovo” İnnovasiya Mərkəzində (İM), eləcə də Rusiyanın və MDB-nin ETİ-da və elmi mərkəzlərində innovasiyaların sistemləşdirilməsi və elmi tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması məqsədi ilə gənc alimlərdən ibarət kadr potensialının formalaşdırılmasıdır. Habelə elm və innovasiyanın federal və regional idarəetmə orqanları ilə ”Skolkovo” İM və digər ETİ-nın qarşılıqlı əlaqəsinin yaradılması məqsədi ilə cənc alim və innovatorlardan ibarət işçi qrupunun yaradılmasıdır.
Yay məktəbinin proqramında aşağıdakılar nəzərdə tutulmuş və həyata keçirilmişdir:
- elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması modelləri haqqında mühazirələr;
- idarəetmə vərdişlərinin inkişafı üzrə seminarların, “master-klass”ların, “təqdimat incəsənəti”nin, “beyin hücümları”nın keçirilməsi;
- qrupların, oyunların, diskusiyaların iştirakçıları arasında əlaqələrin qurulması;
- TED roliklərinə, aktual elmi yeniliklərə dair kinolara baxış;
- innovasiya layihələrinin müdafiəsi.
“ОтУС Yay məktəbi”nin regional komandalarının iştirakçları öz regionlarında layihə işlərini davam etdirə, eləcə də, “Gənc alim və mütəxəssislər Cəmiyyəti” proqramı çərçivəsində Skolkovo Açıq Universitetinin və “Skolkovo” İM-nin dəstəyini ala bilərlər. Daha ətraflı www.sk.ru saytında tanış ola bilərsiniz (economics.com.az).