Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənc Alimlər Şurası 27 sentyabr - Anım Günü tədbiri keçirib

  • Oxunub 368 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının onlayn formatda 27 sentyabr - Anım Günü tədbiri keçirilib. Toplantıda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi yad edilib.

 Şuranın sədri i.f.d., dosent Ramil Əliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı. 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsi illər, əsirlər keçsə də xalqımız tərəfindən həmişə qeyd olunacaq. 

 Tədbirdə qeyd olunub ki, bu cür haqq mübarizələri itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqları xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Gənclər dövlətimizin siyasətini dəstəkləyir və öz üzərlərinə düşən məsuliyyəti çox yaxşı başa düşürlər. Gənc alimlər də öz tədqiqatları ilə Qarabağın yenidən dirçəldilməsinə və iqtisadiyyatının inkişafına töhfə vermək əzmindədirlər.