Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənc tədqiqatçıların beynəlxalq layihələrdə iştirakı imkanları müzakirə olunub

  • Oxunub 205 dəfə

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının beynəlxalq təlimlərlə bağlı toplantısı keçirilmişdir.

Şuranın sədri Ceyhun Hüseynovun sədrliyi ilə baş tutan iclasda bir sıra təşkilati məsələlər müzakirə olunmuşdur.

 Sonra İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Nəsimi Əhmədov beynəlxalq təlimlərlə bağlı öz təcrübəsini bölüşmüşdür. N.Əhmədov 24 aprel - 5 may 2023-cü il tarixində Avstriyanın Vyana şəhərində Vyana Birləşmiş İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Fiskal siyasət” mövzusunda beynəlxalq seminarda iştirakı bərədə məlumat vermişdir. Habelə gənc tədqiqatçıların beynəlxalq layihələrdə, konfranslarda və təlimlərdə iştirakı imkanları ilə bağlı müzakirələr aparılmışdır.