Gənc Alimlər Şurasına yeni üzvlər qəbul olunmuşdur
- Oxunub 1591 dəfə
Dekabrın 28-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının 2015-ci ilin yekunları və Şuraya yeni üzvlərin qəbulu ilə bağlı növbəti toplantısı keçirilib. Şuranın sədri Ramil Əliyevin rəhbərliyi ilə keçirilən iclasda bu il fərdi iş planına uyğun olaraq görülən işlər, eləcə də növbəti il üçün planın hazırlanması məsələləri müzakirə edilmişdir.
Toplantıda iki nəfər işdən çıxdıqları üçün Şura üzvlüyündən azad edildilər. Bununla yanaşı, 6 gənc İnstitutun Gənc Alimlər Şurasına yeni üzv qəbul olundular.
İclasda AMEA İqtisadiyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şuralarnın üzvləri arasında multidissiplinar məsələlərlə bağlı fikir mübadiləsi də aparıldı, görüləcək işlər və perspektiv planlar müzakirə olundu (economics.com.az).