2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir
- Oxunub 1529 dəfə
Fevralın 2-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş toplantısı keçirilib.
Tədbiri giriş sözü ilə açan Şuranın sədri, i.f.d. Ramil Əliyev Gənclər Gününün yaranma tarixi, dövlətin gənclər siyasəti, ölkəmizin və cəmiyyətin müasir həyatında gənclərin rolu barədə danışdı. O gəncləri bu bayram günü münasibətilə təbrik etdi və onlara elm sahəsində, işlərində nailiyyətlər, sağlam və uğurlu gələcək arzuladı.
Daha sonra gənc alimlərin Şuranın 2016-cı il üçün fərdi iş planının hazırlanması ilə bağlı təklifləri dinlənildi və bu mövzuda ətraflı müzakirələr aparıldı (economics.com.az).