İqtisadiyyatın solluğu (sağlığı) indeksinin hesablanması üzrə tədqiqatlar aparılır
- Oxunub 1404 dəfə
Fevralın 11-də AMEA İqtisadiyyat İnstitutunda iqtisadiyyatın solluğu (sağlığı) indeksinin hesablanması üzrə aparılan tədqiqatlarla bağlı toplantı keçirilmişdir. Tədbirdə İnstitutun direktoru, professor Nazim Müzəffərli və digər məsul şəxslər də iştirak ediblər.
Çıxışlar zamanı indeksə daxil olan sub-indekslərin hesablanması barədə məlumat verilmişdir. Xarici ticarət (XT) sub-indeksinin hesablanması üzrə institutun elmi işçisi Leyli Allahverdiyeva, sosial xərclər (SX) sub-indeksinin hesablanması üzrə kiçik elmi işçi Vəfa Həşimova, minimum əmək haqqı sub-indeksinin hesablanması üzrə kiçik elmi işçi Ceyhun Hüseynov, dövlət maliyyəsi sub-indeksinin (DM) və qiymətlərin tənzimlənməsi (QT) sub-indeksinin hesablanması üzrə kiçik elmi işçi Əkbər Hüseynov təqdimatla çıxış ediblər. (economics.com.az).