Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənc alimlərdən Azərbaycan ordusuna dəstək

  • Oxunub 1417 dəfə

 Aprelin 5-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.

 Tədbiri giriş sözü ilə açan Şuranın sədri, i.f.d. Ramil Əliyev son günlər cəbhə bölgəsində Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan, əsgərlərimizin qəhramanlığından, gənclərimizin yüksək vətənpərvərlik ruhundan, tezliklə işğal altındakı bütün torpaqlarımızın düşməndən azad olunacağından danışıb. Gənc alimlər öz çıxışlarında Azərbaycan ordusuna dəstək ifadə ediblər, hər an düşmənlə mübarizəyə səfərbər olmağa hazır olduqlarını bildiriblər. Habelə cəbhə bölgəsinə səfər edilməsi, əsgərlərimizə maddi və mənəvi yardım göstərilməsi barədə konkret təkliflər səsləndirilib (economics.com.az).