Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Futbol komandamız qrupda 1-ci olsa da...

  • Oxunub 1385 dəfə

 ...Növbəti oyunda məğlub olduğu üçün çempionatda mübarizəni dayandırıb

 Mayın 5-də AMEA Gənc Alimlər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatının növbəti oyunları keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası AMEA Genetik Ehtiyatlar İnstitutunun komandası ilə qarşılaşıb. Bu dəfə komandamız kiçik hesabla – 2:3 məğlub olaraq çempionatda mübarizəni dayandırıb.

 Xatırladaq ki, çempionata uğurla başlayan AMEA İqtisadiyyat İnstitutunun komandası ilk oyunda AMEA Arxelogiya və Etnoqrafiya İnstitutunun komandasına 6:1, ikinci oyunda isə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun komandasına 9:3 hesabı ilə qalib gəlmiş, AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandası ilə heç-heçə - 4:4 oynamışdı.

 Üç oyunun nəticəsinə görə, komandamız qrupda 1-ci yeri tutsa da Genetik Ehtiyatlar İnstitutunun komandasına məğlubiyyətdən sonra qaydalara əsasən çempionatda mübarizəni dayandırmalı olub. Komandamızın üzvləri – i.f.d. Rəmzi Abdullayev, i.f.d. Ramil Məhəmmədəli oğlu Əliyev, i.f.d. Ramil Teyyub oğlu Əliyev, i.f.d. Asif Mustafayev, elmi işçi Tural Məmmədov, kiçik elmi işçi Ceyhun Hüseynov, böyük laborant Taleh Soltanov, böyük laborant Kənan Salayevdir (economics.com.az).