Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadiyyatın dövlət tənzimlənməsində minimum əməkhaqqının rolu”

  • Oxunub 1612 dəfə

 “Gənc alimlər” klubunda bu mövzuda müzakirələr aparıldı

 İyunun 24-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti toplantısı keçirilib. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvü, kiçik elmi işçi Ceyhun Hüseynov “İqtisadiyyatın dövlət tənzimlənməsində minimum əməkhaqqının rolu” mövzusunda məruzə ilə çıxış edib.

 C.Hüseynov minimum istehlak büdcəsi, onun təyinatı, minimum istehlak büdcəsinin tərkibi və formalaşması qaydası, istehlak səbəti anlayışı, onun strukturu və formalaşması, yaşayış minimumu, minimum əmək haqqı və bu sahədə dövlət tənzimlənməsi, minimum əmək haqqının artırılmasının iqtisadiyyata təsiri, Türkiyənin təcrübəsi və s. barədə danışdı. Sonra mövzu ətrafında maraqlı müzakirələr aparıldı (economics.com.az).

Ceyhun Hüseynovun məruzəsi  (yüklə)