Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadiyyatda sağçılıq və solçuluq ideyaları”

  • Oxunub 1587 dəfə

 Bu mövzu ətrafında “Gənc alimlər” klubunda maraqlı müzakirələr aparıldı

 İyulun 1-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti toplantısı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda müstəqil iqtisadçı Fərhad Pərviz “İqtisadiyyatda sağçılıq və solçuluq ideyaları” mövzusunda maraqlı məruzə ilə çıxış etdi. O, müxtəlif ölkələrdə sağçı və solçu ideyalar, siyasət, iqtisadiyyat, bu ideyalardan doğan idarəetmə və onun çatışmayan və faydalı cəhətləri, habelə hökumətlərin iqtisadiyyata müdaxiləsi səviyyəsi və s. barədə danışdı.

 Sonra iqtisadi proseslərə sağçı və solçu partiyaların yanaşması, bu məsələdə onların oxşar və fərqli cəhətləri, Qərb ölkələrinin təcrübəsi, müxtəlif iqtisadi modellər, Azərbaycanda həyata keçirilən uğurlu liberal iqtisadi siyasət və s. məsələlər ətrafında maraqlı müzakirələr aparıldı (economics.com.az).