Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“...Xarici ticarət sub-indeksi və onun ölkələr üzrə hesablanması”

  • Oxunub 1328 dəfə

  “Gənc alimlər” klubunda bu mövzuda müzakirələr aparıldı

 İyulun 5-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti toplantısı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvü, elmi işçi Leyli Allahverdiyeva “İS(S) indeksinə daxil olan xarici ticarət sub-indeksi (XTİ) və onun ölkələr üzrə hesablanması” mövzusunda məruzə ilə çıxış etdi.

 L.Allahverdiyeva xarici ticarət, dövlətin apardığı xarici iqtisadi siyasət, onun proteksionizm və fritrederçilik tipləri, idxalın sərbəstliyi, eləcə də xarici ticarət sub-indeksinə daxil olan xarici ticarət azadlığı, idxalın iqtisadi qiyməti və ticarət azadlığı göstəriciləri, onların hesablanması metodikası, ölkələr üzrə nəticələr və s. haqqında danışdı. Sonra mövzu ətrafında maraqlı müzakirələr aparıldı (economics.com.az).