“İqtisadiyyatın solluğu (sağlığı) indeksi. Dövlət maliyyəsi sub–indeksi”
- Oxunub 1447 dəfə
Gənc alimlər bu mövzuda müzakirələr apardılar
İyulun 8-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun i.f.d. Ramil Əliyevin sədrliyi ilə keçirilən növbəti toplantısında Gənc Alimlər Şurasının üzvü, kiçik elmi işçi Əkbər Hüseynovun “İqtisadiyyatın solluğu (sağlığı) indeksi. Dövlət maliyyəsi sub–indeksi” mövzusunda məruzəsi dinlənildi.
Ə.Hüseynov dövlət maliyyəsinin mənası, iqtisadiyyatın sağlıq-solluğu indeksinin ölçülməsinə daxil olan dövlət maliyyəsi sub-indeksinin mahiyyəti, ona daxil olan vergi yükü və büdcə xərcləri göstəriciləri, məlumatların əldə edildiyi mənbələr, sub-indeksin hesablanması üsulu, tədqiq edilən ölkələr üzrə nəticələr haqqında ətraflı məlumat verdi. Sonra mövzu ətrafında maraqlı müzakirələr aparıldı (economics.com.az).