Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Sosial xərclər sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı”

  • Oxunub 1331 dəfə

“Lisenziyalaşdırma sub-indeksi və onun hesablanması qaydası”

“Gənc alimlər” klubunda bu mövzularda müzakirələr aparıldı

 İyulun 11-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunda “İqtisadiyyatın solluğu və sağlığı” sub-indekslərinin hesablanması və bu sahədə aparılan tədqiqatlarla bağlı növbəti toplantı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvü, kiçik elmi işçi Vəfa Həşimova “Sosial xərclər sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı” mövzusunda məruzə ilə çıxış etdi.

 V.Həşimova sosial yönümlü siyasət, onun həyata keçirilməsində əsas məqsədlər, əhalinin sosial müdafiəsi üçün dövlət tərəfindən reallaşdırılan sosial inkişaf proqramları, sosial proqramlara aid edilən sahələr, müxtəlif ölkələrdə sosial proqramların məzmunu, strukturu, idarə olunması və maliyyələşdirilməsi sahəsində olan fərqliliklər barədə ətraflı məlumat verdi, eləcə də sosial xərclər sub-indeksinin hesablanması metodu və ölkələr üzrə alınan nəticələrin təhlilini apardı, şura üzvlərinin ona ünvanladığı sualları cavablandırdı.

 Daha sonra elmi işçi Gülnarə Fətəliyeva “Lisenziyalaşdırma sub-indeksi və onun hesablanması qaydası” mövzusunda çıxış etdi. Məruzəçi lisenziya, lisenziyalaşdırma prosesi, lisenziyalaşdırma sub-indeksinin mahiyyəti, sub-indeksin hesablanması üçün istifadə edilən mənbə, vaxt və xərc göstəriciləri, onların hesablanması qaydası, ölkələr üzrə nəticələr, lisenziyalaşdırma sahəsində aparılan liberal (sağçı) və sərt tənzimlənən (solçu) siyasətlər və s. haqqında danışdı. Daha sonra mövzu sual-cavab və maraqlı müzakirələrlə davam etdirildi (economics.com.az).