“Məşğulluğun tənzimlənməsi sub-indeksi”
- Oxunub 1395 dəfə
“Gənc alimlər” klubunda bu mövzuda müzakirəlar aparıldı
İyulun 14-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunda “İqtisadiyyatın solluğu və sağlığı” sub-indekslərinin hesablanması və bu sahədə aparılan tədqiqatlarla bağlı növbəti toplantı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvü, i.f.d., böyük elmi işçi Səbinə Şıxəliyeva “Məşğulluğun tənzimlənməsi sub-indeksi” mövzusunda məruzə ilə çıxış etdi.
S.Şıxəliyeva məşğulluğun tənzimlənməsi sub-indeksinə daxil olan məşğulluğun tənzimlənməsinin sərtliyi və işdənçıxarma xərcləri alt-indeksləri haqda məlumat verdi, sub-indeksin hesablanması qaydası və alınan göstəricilər əsasında ölkələr üzrə dövlət tərəfindən tənzimlənmənin asanlıq (sağlıq) və çətinlik (solluq) dərəcələri ilə bağlı nəticələrin təhlilini apardı, şura üzvlərinin ona ünvanladığı sualları cavablandırdı. Sonra mövzu üzrə maraqlı müzakirə aparıldı (economics.com.az).