Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Kiçik sahibkarlığın inkişaf problemləri”

  • Oxunub 1721 dəfə

“Gənc alimlər” klubunda Vilayət Ramazanovun təqdimatı

06 mart 2015-ci il tarixdə AMEA İqisadiyyat İnstitutunda gənc iqtisadçı alimlərin iştirakı ilə “Gənc alimlər” diskussiya klubunun növbəti tədbiri keçirildi.

AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyev məruzəçi haqda məlumat verdi. Tədbirdə institutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin dissertantı Vilayət Ramazanov “Kiçik sahibkarlığın inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış etdi. O, sahibkarlığın mahiyyəti, növləri, onun inkişaf mərhələləri, sahibkarlıq haqqında dünya alimlərinin fikirləri, sahibkarların xarakterik xüsusiyyətləri, klassik və innovativ sahibkarlıq, müəssisələrin təsnifatı, sahibkarlığa dövlət dəstəyi və onun formaları, bu sahədə dünya təcrübəsi, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsinin əsas prioritet istiqamətləri haqqında ətraflı məlumat verdi. Eləcə də, respublikamızda formalaşmış sahibkarlıq mühitinin dünyanın reytinqli təşkilatlarının qiymətləndirmələri haqqında danışdı.
Sonda V.Ramazanov sahibkarlıq sahəsində müsbət nəticələrin əldə edilməsi ilə bağlı öz təkliflərini səsləndirdi. Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılandı, suallar cavablandırıldı.
Qeyd edək ki, gənc alimlərin belə elmi seminarlarının təşkilində məqsəd doktoranturada təhsil alan, institutda elmi-tədqiqat işləri yerinə yetirən gəncləri bir araya gətirməklə elmi diskussiyaya, müzakirələrə şərait yaratmaq, gənc alimlərin elmə marağını artırmaqdır.