“Minimum əmək haqqı sub-indeksi”
- Oxunub 1614 dəfə
“Gənc alimlər” klubunda bu mövzuda müzakirələr aparıldı
İyulun 15-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunda “İqtisadiyyatın solluğu və sağlığı” sub-indekslərinin hesablanması və bu sahədə aparılan tədqiqatlarla bağlı növbəti toplantı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvü, kiçik elmi işçi Ceyhun Hüseynov iqtisadiyyatın sağlığı və solluğu indeksinə daxil olan sub-indekslərdən biri - “Minimum əmək haqqı sub-indeksi” mövzusunda məruzə ilə çıxış etdi.
C.Hüseynov minimum əmək haqqı, ölkələr üzrə bu sahədə dövlət tənzimlənməsi, məlumatların əldə edildiyi mənbələr, sub-indeksin hesablanması qaydası və s. barədə məlumat verdi. Məruzəçi hesablamalar nəticəsində alınan göstəricilərin qurulmuş şkala əsasında təhlilini apardı və nəticələr haqda danışdı. Tədbir daha sonra sual-cavab ilə davam etdirildi (economics.com.az).