“Qiymət tənzimlənməsi sub-indeksi”
- Oxunub 1429 dəfə
“Gənc alimlər” klubunda bu mövzuda növbəti müzakirə
İyulun 18-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunda “İqtisadiyyatın solluğu və sağlığı” sub-indekslərinin hesablanması və bu sahədə aparılan tədqiqatlarla bağlı daha bir toplantı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvü, kiçik elmi işçi Sadıqov İlqar iqtisadiyyatın sağlıq-solluq indeksinə daxil olan sub-indekslərdən biri - “Qiymət tənzimlənməsi sub-indeksi” mövzusunda geniş məruzə ilə çıxış etdi.
İ.Sadıqov qiymət tənzimlənməsi sub-indeksinə daxil olan qiymət azadlığı və monetar azadlıq alt-indeksləri, məlumatların əldə edildiyi mənbələr, sub-indeksinin hesablanması metodologiyası haqda ətraflı məlumat verdi, hesablanma nəticəsində alınan göstəricilər, onların tədqiq olunan ölkələr üzrə təhlilini apardı. Məruzəçi ona ünvanlanan sualları cavablandırdı. Sonra mövzu üzrə müzakirələr davam etdirildi (economics.com.az).