Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Roma Sapienza Universiteti ilə əməkdaşlıq imkanları müzakirə edildi

  • Oxunub 1659 dəfə

 Sentyabrın 20-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti toplantısı keçirildi

 Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda Roma Sapienza Universitetində magistratura təhsili alan azərbaycanlı magistrant Gülşən Hacıyeva ilə maraqlı müzakirələr aparıldı. G.Hacıyeva təhsil aldığı universitetin AMEA İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq etməkdə, birgə layihələr işləməkdə maraqlı olduğunu bildirdi.

 Toplantıda gənc alimlər əməkdaşlıq imkanları, elmi əlaqələrin qurulması, işlənilməsi mümkün olan birgə layihələrin mövzuları, xüsusən də İtaliya-Azərbaycan iqtisadi əlaqələrinə dair mümkün elmi araşdırmalar ətrafında geniş diskussiya apardılar. Qeyd edək ki, Roma Sapienza Universiteti İtaliyanın ən böyük ali təhsil müəssisəsidir (economics.com.az).