Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Pekində gənc tədqiqatçılar üçün beynəlxalq seminar keçirilib

  • Oxunub 1904 dəfə

İqtisadiyyat İnstitutunun gənc əməkdaşı Əkbər Hüseynov seminarda “İqtisadi inkişaf indeksi” mövzusunda təqdimatla çıxış edib

 Oktyabrın 20-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti toplantısı keçirildi. Tədbirdə İnstitutun gənc əməkdaşı, kiçik elmi işçi Əkbər Hüseynov “İqtisadi inkişaf məsələləri ” üzrə gənc tədqiqatçılar üçün beynəlxalq seminar - Pekin 2016”da iştirakı ilə bağlı məruzə ilə çıxış etdi. Seminar bu il avqustun 20-dən sentyabrın 17-dək Çin Sosial Elmlər Akademiyasında keçirilib.

 Ə.Hüseynov bildirdi ki, 26 ölkədən 32 iştirakçının qatıldığı tədbirdə seminarın əsas şüarı –“Dünya Çini tanımaq, Çin də dünyanı tanımaq istəyir” olub. Tədbirə Asiya və MDB ölkələrinin iqtisadçıları qatılıblar. Seminarda müxtəlif mövzularda məruzələr dinlənilib. Ə.Hüseynov “İqtisadi inkişaf indeksi” mövzusunda təqdimatla çıxış edib və onun məruzəsi 26 ölkənin təmsilçiləri arasında ikinçi yeri tutub. Professor Li Ping “Çin iqtisadiyyatının inkişafı”, professor Zheng Bingven “ÇXR-da sosial rifah / sosial xidmət”, professor Huang Zunhui “Çin sənaye iqtisadiyyatı” mövzularında maraqlı çıxışları ilə yadda qalıblar.

 Çin Sosial Elmlər Akademiyasının əməkdaşları ilə geniş tərkibli görüşlər də keçirilib. Akademiyada yaradılan Post-doctorial yeni sistemi, 6-10 ay ərzində “Phd. in economic” dərəcəsi almaq imkanı və üstünlükləri haqqında, habelə elmi jurnallarda məqalələrin yerləşdirilməsi imkanları barədə iştirakçılara məlumat verilib. Seminarın bundan sonra hər il keçirilməsi və içtirakçıların sayının daha da artırılması planlaşdırılır.

 Qeyd edək ki, Çin Sosial Elmlər Akademiyasının 4000-nə yaxın əməkdaşı, təxminən 3000 magistr və doktorantı, 39 tədqiqat İnstitutu var. Akademiya 100-dən çox yerli iqtisadi qurumla əməkdaşlıq əlaqələri qurub, 80-dən çox akademik jurnal və qəzetlər çap olunur, hər il 300-ə yaxın beynəlxalq tədbirə ev sahibliyi edir.

 Sonda “Gənc alimlər” klubunda məruzə ətrafında, Çin iqtisadiyyatının sürətli inkişafı, bu ölkədə aparılan iqtisadi islahatlar, Çinin dünya iqtisadiyyatında yeri və rolu ilə bağlı maraqlı müzakirələr aparıldı (economics.com.az).