"Makroiqtisadiyyat" fənni üzrə interaktiv məşğələ
- Oxunub 1664 dəfə
AMEA İqtisadiyyat İnstitutunda "Makroiqtisadiyyat" fənni üzrə interaktiv məşğələlərə start verilib. İnstitutun gənc əməkdaşlarının iştirak etdiyi ilk belə tədbir noyabrın 14-də keçirilib. Məruzəçi kimi İnstitutun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri Mayis Güləliyev çıxış edib. Məşgələlərin davamlı olaraq həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulur (economics.com.az).