“Gənc alimlər” klubunun illik hesabat toplantısı keçirildi
- Oxunub 1422 dəfə
22.12.2016.
Dekabrın 22-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun illik hesabat toplantısı keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan iclasda il əzində görülmüş işlər, həyata keçirilən layihələr və 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə edildi. Gənc Alimlər Şurasının 2016-cı ildəki fəaliyyəti bütövlükdə qənaətbəxş hesab olundu (economics.com.az).