“...Pul siyasəti ilə qiymətli kağızlar bazarındakı dəyişmələrin qarşılıqlı təsirinin ekonometrik qiymətləndirilməsi”
- Oxunub 1423 dəfə
İqtisadiyyat İnstitutunun doktorantı Mirhəsən Seyidzadə “Gənc alimlər” klubunda təqdimatla çıxış etdi
Aprelin 20-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti iclası keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda ilk öncə bir sıra təşkilati məsələlərə baxıldı.
Sonra AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin doktorantı Mirhəsən Seyidzadə “Maliyyə savadlılığının nəzəri və praktiki əhəmiyyəti: Böyük Britaniyada pul siyasəti ilə qiymətli kağızlar bazarındakı dəyişmələrin qarşılıqlı təsirinin ekonometrik qiymətləndirilməsi” mövzusunda geniş təqdimatla çıxış etdi. O məruzəsində dövlətin maliyyə-pul siyasəti, Azərbaycanda qiymətli kağızlar bazarı, bu sahədə xarici ölkələrin təcrübəsi və s. barədə danışdı, gəldiyi nəticələri və təkliflərini səsləndirdi. Məruzəçi ona ünvanlanan sualları cavablandırdı. Sonra mövzu üzrə müzakirələr aparıldı.
Müzakirələrdə Helsinki Universitetinin doktorantı Matti Ylönen də iştirak edirdi. İnstitutun əməkdaşları Finlandiyalı qonaqla fikir mübadiləsi apardılar, elmi diskussiya şəraitində maraqlı müzakirələr oldu (economics.com.az).