Gənc alimlərimiz təlim kurslarında iştirak ediblər
- Oxunub 1598 dəfə
Onların hər birinə sertifikat verilib
Aprelin 26-28-də İslam İnkişaf Bankı, İslam Tədqiqatlar və Təlim İnstitutu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi” mövzusunda üç günlük təlim kursları keçirilib. Təlimə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar, dövlət qurumlarının nümayəndələri qatılıblar.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri – aparıcı elmi işçi, i.f.d. Ramil Əliyev, böyük elmi işçi, i.f.d. Gülnar Səmədova, elmi işçi Gülnarə Fətəliyeva, elmi işçi Ceyhun Hüseynov, elmi işçi İlqar Sadıqov və institutumuzun dissertantı Vilayət Ramazanov iştirak ediblər. Təlimin sonuncu günündə iştirakçılara sertifikat təqdim edilib (economics.com.az).