“İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçirildi
- Oxunub 1654 dəfə
Oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.
Tədbirdə xarici ölkələrin alimlərindən Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin İqtisadiyyat İnstitutunun direktoru, akademik Satibaldin Azimxan, habelə Ukrayna Milli Elmlər Akademiyası İqtisadiyyat və proqnozlaşdırma İnstitutunun direktoru, akademik Valeriy Mixayloviç Qeyets, Qırğızıstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi Azık Orozonova, Rusiya Elmlər Akademiyası Sosial və İqtisadi Tədqiqatlar İnstitutu Dağıstan Elmi Mərkəzinin əməkdaşı, iqtisad elmləri namizədi Nəbiyulla Qiciyev çıxış etdilər.
Konfransda habelə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev “İqtisadi artımın innovasiya aspektləri”, AMEA İqtisadiyyat İnstitutundan iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva “Xarici ticarət sub-indeksinin dəyişilməsi: səbəb və iqtisadi əhəmiyyəti”, ADİU-nun professoru Yadulla Həsənli “Dövlətlərarası qarşılıqlı borcların təhlili və onun effektiv ödənilməsi istiqamətləri” mövzularında məruzə etdilər.
Sonra iqtisadi artımın təmin edilməsi, iqtisadi fəaliyyət sahələri və sosial müdafiə sistemi və sosial rifahin yaxşılaşdıılması bölmələri üzrə konfransda iştirak edən alimlərin və gənc tədqiqatçıların məruzələri dinlənildi (economics.com.az).
Fotoqalereya (yüklə)