Professor Nazim Müzəffərli ATLAS 7-ci Beynəlxalq Sosial Elmlər Konfransında çıxış edib
- Oxunub 1079 dəfə
Sentyabrın 23-də Macarıstanın Tomori Pal Universitetinin təşkilatçılığı ilə ZOOM proqramı vasitəsi ilə ATLAS 7-ci Beynəlxalq Sosial Elmlər Konfransı keçirilmişdir. Onlayn tədbirə Macarıstan, Türkiyə, Azərbaycan, Nigeriya, Kipr, Hindistan, Cənubi Afrika, Rusiya, Filippin, Gana və digər ölkələrin nümayəndələri qatılıblar.
Konfransın işində AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları – direktor, i.e.d., prof. Nazim Müzəffərli (İmanov), “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva, aparıcı elmi işçi, i.f.d, dos. Gülnar Səmədova və elmi işçisi Elnur Zeynalov iştirak ediblər.
Konfransın açılışında Tomori Pal Universitetindən professor Henrietta Nagy, Ankara Universitetindən Əli Bilgili, AMEA İqtisadiyyat İnstitutunun dirktoru, prof. Nazim Müzəffərli çıxış ediblər. Prof. N.Müzəffərli konfrans iştirakçılarına AMEA İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar və layihələr haqqında məlumat vermişdir. Onun çıxışı maraqla qarşılanmışdır.
Konfrans öz işini 3 gün ərzində (23-25 sentyabr) müxtəlif (iqtisadiyyat, hüquq, mədəniyyat, psixologiya və s.) sahələr üzrə bölmələrdə davam etdirəcək (economics.com.az).