Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda konfrans keçirilib

  • Oxunub 548 dəfə

 Professor Nazim Müzəffərli tədbirdə «Qarabağın gələcək iqtisadiyyatının konturları» mövzusunda çıxış edib

 Mayın 6-da Bakı Biznes Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.  Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov açıb.

 Konfransın plenar iclasında AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli, AMEA-nın müxbir üzvü, Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, i.e.d., prof. Akif Musayev, Auditorlar Palatasının sədri, i.e.d., prof. Vahid Novruzov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini, i.e.d., prof. Cəmilə Namazova, Əməkdar kənd təsərrüfatı işçisi, i.e.d., prof. İslam İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, i.e.d. Aygün Quliyeva və bir sıra xarici ölkələrdən professor-müəllim heyəti iştirak ediblər.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli «Qarabağın gələcək iqtisadiyyatının konturları» mövzusunda çıxış edərək isğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf perspektivlərindən danışıb. Professor Akif Musayev düşmən işğalından azad olunmuş ərazilərdə quruculuq işlərindən, layihələrdən və Qarabağın gələcək inkişafından bəhs edib.

 Konfransda məruzələr dinlənilib və müzakirələr aparılıb. AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. Emin Məmmədzadə “Birbaşa xarici investisiyalar milli innovasiya sisteminin iqtisadi inkişafının amili kimi” mövzusunda məruzə ilə çıxış edib.