Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Akademik Ziyad Səmədzadənin elmi yaradıcılığına həsr olunmuş konfrans

  • Oxunub 2134 dəfə

 

AMEA İqtisadiyyat İnstitutu və Azərbaycan İqtisadçılar İttifaqı 2015-ci ilin oktyabr ayında görkəmli Azərbaycan iqtisadçısı, akademik Ziyad Səmədzadənin elmi yaradıcılığına həsr olunmuş “AZƏRBACANIN MİLLİ İQTİSADİ İNKİŞAF MODELİ: FORMALAŞMASI VƏ İNKİŞAFI XÜSUSİYYƏTLƏRİ” mövzusunda respublika elmi-praktiki konfransı keçirəcəkdir.

Konfransın əhatə etdiyi problemlər:

1. Azərbaycanın müasir iqtisadi durumu və 2020-ci ilə onun inkişaf hədəfləri.
2. Azərbaycanda makroiqtisadi tarazlıq və onun qiymətləndirilməsi.
3. İqtisadiyyatın diversifikasiyası, xarici iqtisadi əlaqələr və sahəvi inkişaf.
4. İqtisadi səmərəlilik, əmək məhsuldarlığı və innovasiyalı inkişaf.
5. Sahibkarlığın inkişafı və investisiya cəlbediciliyi.
6. Sosial siyasət və həyat səviyyəsi;
7. İnsan inkişafı, demoqrafik proseslər və məşğulluq;
8. İnformasiya - kommunikasiya texnologiyalarının tətbiqi və inkişafı;

  Konfransda iştirak etmək istəyənlər 31 oktyabr 2015-cü ilə qədər öz materiallarını Azərbaycan, rus, türk və ingilis dillərindən birində AMEA İqtisadiyyat İnstitutuna göndərə bilərlər. Onlar mövzuya və göstərilən şərtlərə (şrift – Times New Roman, 12 ölçüdə, sətirlərarası məsafə -1,5 sm, sağ-1 sm, sol -3 sm, aşağı və yuxarı - 2 sm, maksimum 4 - 5 səhifəyə qədər) uyğun olmalıdır. Təqdim edilən yazılarda səmərəlilik və yenilik nəzərə çarpmalı, konkret təkliflər verilməlidir. Konfransın materialları çap ediləcəkdir.

  ÜNVAN: AZ - 1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti, Akademiya şəhərciyi, Əsas bina, AMEA İqtisadiyyat İnstitutu, IV mərtəbə, otaq 481. III mərtəbə, otaq 346; 350.
Telefonlar: 5103792; 5393112; 5372278; 5372259 - 145; 112 (daxili)
Elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.