“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
- Oxunub 1168 dəfə
16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunacaqdır.
Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin əməkdaşları, alimlər, beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Konfrans noyabrın 16-da Zəngilan Konqres Mərkəzində (Zəngilan şəhəri) və 17-də “Baku Marriott Boulevard” otelində (Bakı şəhəri) əyani formada keçiriləcəkdir. Məruzə və müzakirələrin İnternet üzərindən açıq izlənməsi imkanı təmin ediləcəkdir.
Konfransın işçi dilləri – Azərbaycan, ingilis və rus dilləridir.
Müraciətlər, məruzə mətnləri və tezisləri bu il oktyabrın 15-dək https://form.jotform.com/231982166972063 portalına və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.
Konfransın materialları kitab şəklində nəşr olunacaqdır. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilmişdir (http://economics.com.az/).
Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, i.f.d., dosent Azər Səfərovdan almaq mümkündür (mob.: +994 50 747 26 49).