İnstitutumuzun alimi Kiyevdə konfransda iştirak etmişdir
- Oxunub 1391 dəfə
Aqil Əsədov “Oсновные задачи транспортной системы в условиях устойчивого развития” adlı məruzə ilə çıxış etmişdir
AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişaf problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Aqil Əsədov bu il noyabrın 12-də B.Qrinçenko adına Kiyev Universitetində Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş “Davamli inkişaf üçün təhsil: intellektualların qitələrarası dialoqu” (Образование для устойчивого развития: межконтинентальный диaлог интеллектуалов) mövzusunda elmi-praktiki konfransda iştirak etmişdir.
A.M.Əsədov konfransın “Устойчивое развитие как парадигма общественного роста XXI века” adlı I panelində «Oсновные задачи транспортной системы в условиях устойчивого развития» adlı məruzə ilə çıxış etmişdir (economics.com.az).