Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Əli Nuriyevin 75 illik yubiley konfransı

  • Oxunub 1466 dəfə

         28 noyabr 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Xudu oğlu Nuriyevin anadan olmasının 75, elmi pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə yubiley konfransı keçirilib. Konfransa AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, Azərbaycanın tanınmış iqtisadçı alimləri, millət vəkilləri, ali məktəb müəllimləri, elmi işçilər qatılıblar.

AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov vurğulayıb ki, Ə.Nuriyev ölkəmizdə regionşünaslıq üzrə gözəl alimdir, onun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Professor Nazim İmanov yubiliyarı təntənəli şəkildə təbrik etməklə yanaşı ona AMEA İqtisadiyyat İnstitutunun Fəxri Diplomunu təqdim edib. 

       Konfransda i.e.d., professor İsa Alıyev Əli Nuriyevin keçdiyi çətin və şərəfli həyat yolundan, təhsil aldığı dövrdən söz açıb, onun elmdə öz yolunun olduğunu qeyd edib. Daha sonra akademik Ziyad Səmədzadə, i.e.d., professor Şəmsəddin Hacıyev, AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradov, professorlar Sabir Cümşüdov, Müşfiq Atakişiyev, Bəyalı Ataşov, Rəna Sultanova və başqaları çıxış edərək yubliyarın insani keyfiyyətlərini, elmi-pedaqoji fəaliyyətini çox yüksək qiymətləndiriblər. Natiqlər onun həm də gözəl ailə başçısı, sadə, zəhmətkeş, təmiz, saf bir insan olduğunu vurğulayıblar, sağlam əqidəli alim kimi xarakterizə ediblər.
(economics.com.az)