İqtisadiyyat İnstitutunun alimləri Bişkekdə beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
- Oxunub 2361 dəfə
Qırğızstanda keçirilən “Avrasiya İqtisadi İttifaqı ölkələrinin inteqrasiyalı inkişafı imkanları - tədqiqatçıların və ekspertlərin dialoqu" adlı konfransda Azərbaycan da təmsil olunub
İyunun 8-9-da Qırğızstanın paytaxtı Bişkek şəhərində, "Soluxe" hotelində “Avrasiya İqtisadi İttifaqı ölkələrinin inteqrasiyalı inkişafı imkanları - tədqiqatçıların və ekspertlərin dialoqu" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Qırğızstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu və MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri - i.f.d. Mahir Zeynalov və i.f.d. Ramil Əliyev də iştirak ediblər.
Tədbirdə Rusiya, Qazaxstan, Azərbaycan, Belarus, Tajigistan və Qırğızstandan olan ekspertlər, alimlər iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri və iqtisadi inteqrasiya imkanlarına dair məruzələrlə çıxış ediblər. Konfransda AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri - i.f.d. Mahir Zeynalov “Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarət-iqtsadi əlaqələri: problemlər və perspektivlər” və i.f.d. Ramil Əliyev “Azərbaycan və Avrasiya İqtisadi İttifaqı ölkələri: investisiya imkanları” mövzularında məruzə ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb (economics.com.az).