"İslam dini və iqtisadiyyat arasında kəsişmə nöqtəsi"
- Oxunub 1624 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda professor Əsədulla Qurbanovun təqdimatı
Mayın 8-də AMEA İqtisadiyyat İnstitutunda “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri, i.e.d., professor Əsədulla Qurbanov "İslam dini və iqtisadiyyat arasında kəsişmə nöqtəsi" mövzusunda təqdimatla çıxış etdi. O, İslamın meydana gəlmə tarixi, İslamda mənəvi dəyərlər, İslam şüuru, müasir İslam, islam ölkələrində cəmiyyətin formalaşması və sosial-iqtisadi münasibətlər sistemi, Şərqdə gedən müharibələr, bu müharibədə iqtisadi amilin əsas səbəb olması, Qərbin Şərqin təbii sərvətlərinə sahiblənmək istəkləri, islam ölkələri ilə Azərbaycan arasındakı siyasi-iqtisadi əlaqələr, İslamın Azərbaycana verdiyi dəyərlər, islam bankçılığı və s. barədə danışdı.
Təqdimatdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov İslamda sosial-iqtisadi məsələlərə yanaşma, İslamda qarşılıqlı faydalılıq, gəlirlərin bölgüsü, əmək modeli, sosial sabitlik, işçi qüvvəsi və s. barədə düşüncələrini bölüşdü. O, dünyada islam ideologiyası ilə idarə olunan 12 dövlətin heç birində İslamın əmək modelindən istifadə edilmədiyini vuguladı. Professor Tofiq Hüseynov İslam ölkələri arasında bir dənə də olsun inkişaf etmiş ölkənin olmamasını zamanın əsas sualı kimi səsləndirdi.
Digər çıxış edənlər - AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov), professorlar Məhiş Əhmədov, Gülşən Yüzbaşıyeva, Gülənbər Əzizova, habelə institutun əməkdaşları Əli Hüseynov, Emin Məmmədzadə, Mayis Gülalıyev, Tanrıverdi Paşa, Nəsimi Əhmədov, Yaşar Məmmədov, Asif Mustafayev, Aqil Əsədov islamda iqtisadiyyat və sosial münasibətlər, islamda sosial ədalət, bərabərlik, təbii sərvətlərin bölüşdürülməsi, kredit faizləri və islam bankçılığı, islam ölkələrinin iqtisadiyyatı və onların Avropa ölkələrindən geri qalması səbəbləri və s. barədə fikirlərini bildirdilər. Xüsusən də bazar iqtisadiyyatı şəraitində İslam iqisadi modelinin tədbiqinin mümkünlüyü, faydalı, mübahisəli və ziddiyyətli cəhətləri daha çox diskussiyalara səbəb oldu (economics.com.az).