Elmi Seminarda iki dissertasiya işinin müzakirəsi keçirildi
- Oxunub 1302 dəfə
Fevralın 27-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Mazanova Ofelya İdris qızı “Təhsil sistemində innovasiya texnologiyalarından istifadə mexanizminin təkmilləşdirilməsi” mövzusunda (“Texnoloji innovasiya iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər, i.e.d. Arzu Hüseynova). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.
İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Ramiz İsgəndərov, i.f.d. İsa Musayev və i.f.d. Fərhad Mikayılov təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildiriblər. İddiaçı O.Mazanova seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına ətraflı cavab verdi. Seminar üzvləri işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Dissertasiya işinin adının “Təhsil sistemində informasiya texnologiyalarından istifadə mexanizminin təkmilləşdirilməsi” kimi verilməsi tövsiyə olundu. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması, düzəlişlərin aparılması və rəyçilərlə razılaşdırılması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.
Seminarın sədr müavini, i.f.d., dos. Allahyar Muradovun sədrliyi ilə keçirilən seminarın ikinci hissəsində Sumqayıt Dövlət Universitetinin dissertantı Əliyev Bilal Nizaməddin oğlu “Azərbaycan sənayesində innovasiya fəliyyətinin səmərəli təşkili mexanizmi (“Azərsu”ASC-nin timsalında)” mövzusunda (“Sahə iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d., prof. Qəzənfər Süleymanov). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.
Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Ramiz İsgəndərov və i.f.d. Asif Mustafayev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı B.Əliyev suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması, düzəlişlərin aparılması və rəyçilərlə razılaşdırılması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).