Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda ilk magistrlik dissertasiya işi uğurla müdafiə edildi

  • Oxunub 1154 dəfə

 İyunun 4-də AMEA İqtisadiyyat İnstitutunda magistirlik dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış Müdafiə Şurasında İnstitutun II kurs magistirantı Samir Məmmədov “Əhalinin ölüm səviyyəsi və ömür müddətinə təsir edən amillərin təhlili və qiymətləndirilməsi” mövzusunda magistr dissertasiyasını müdafiə edib. Dissertasiya işi yüksək qiymət alaraq uğurla müdafiə olunub.

 Qeyd edək ki, AMEA Prezidentinin II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında 10 aprel 2018-ci il tarixli, 163 saylı sərəncamına, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərlinin müvafiq əmrinə əsasən magistirlik dissertasiyasının müdafiəsi məqsədilə aşağıdakı tərkibdə İxtisaslaşdırılmış Müdafiə Şurası təşkil edilib:

1. AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Fərhad oğlu Musayev - Sədr

2. AMEA-nın müxbir üzvü, i.e.d., prof. Şahbaz Musa oğlu Muradov – sədr müavini

3. i.ü.f.d. Sevda Məmməd qızı Seyidova - katib

4. i.ü.f.d., dos. Allahyar Niyaz oğlu Muradov – üzv

5. i.ü.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva - üzv

6. i.ü.f.d., dos. Rüfət Cahangir oğlu Efendiyev – üzv

7. i.ü.f.d., dosent Arzu Alim qızı Hüseyn – üzv