Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat üzrə 2018-ci il üçün Nobel mükafatı amerikalı alimlərə verilib

  • Oxunub 734 dəfə

 2018-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı innovasiya, iqlim və iqtisadiyyat sahəsində tədqiqatlarına görə amerikalı Vilyam Nordhaus və Paul Romerə verilib. Mükafatı “iqlim dəyişikliyini uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyi üçün” ABŞ-ın Yel Universitetinin alimi Villiyam D.Nordhaus və “texnoloji yenilikləri uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyi üçün” digər amerikalı alim Pol M.Rumer alıb. Bu barədə məlumat İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə açıqlanıb.

 Akademiyanın baş katibi Yoran Xanson bildirib ki, bu alimlərin səyi nəticəsində dövrün ən fundamental və aktual problemlərindən biri olan dünya iqtisadiyyatının uzunmüddətli, davamlı artımı və dünya əhalisinin rifah halı məsələləri araşdırılıb. Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Mükafatın builki məbləği 9 milyon İsveç kronu (1,1 milyon dollara) bərabərdir.