Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Koordinasiya Şurasında dissertasiya işlərinin mövzuları təsdiq olunub

  • Oxunub 1156 dəfə

 Oktyabrın 16-da AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alındı.

   İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil və elmi-tədqiqat müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 62 doktorant və dissertantın (onlardan 11-i elmlər doktoru üzrə) dissertasiya mövzuları müzakirə edilərək təsdiq olunub. Bir çox dissertasiya işlərinin mövzularının adlarında redakdə xarakterli dəyişikliklər edildi. Onlardan 9-nun dissertasiya mövzuları ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb, həmin mövzulara növbəti iclasda təkrarən baxılacaq (economics.com.az).