Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadi tədqiqatların riyazi təminatı ilə bağlı seminarlar keçirilir

  • Oxunub 1125 dəfə

 Oktyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunda “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin sədrliyi ilə şöbədə növbəti seminar keçirildi. Prof. A.Musayev istehsal və faydalılıq funksiyalarının növləri və onların tətbiq sahələri haqqında məlumat verdi, asılılıqlara daxil olan parametrlərin mümkün iqtisadi və riyazi mahiyyətini izah etdi.

 Daha sonra şöbənin elmi işçisi Simrah İsmayılova Sosial Hesablar Matrisində öz əksini tapan müqayisəli üstünlük sahələri üzrə əlavə dəyərin Kobba-Duqlas istehsal funksiyasından istifadə etməklə hesablandığı barədə məlumat verdi, Eviews tətbiqi proqram paketindən istifadə etməklə 2 sahə üzrə (kənd təsərrüfatı və təhsil) hesablamanın aparılması qaydasını əyani olaraq göstərdi.

 Seminarda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları ilə yanaşı AMEA İdarəetmə Sistemləri İnstitutu, UNEC, Azərbaycan Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup əməkdaşı iştirak edirdi.

 Qeyd edək ki, hər həftənin 1-ci günləri səhər saat 11-də AMEA İqtisadiyyat İnstitutunda professor Akif  Musayevin seminarı keçirilir. Arzu edənlər iştirak edə bilərlər (economics.com.az).