Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşının UNEC-in Rus İqtisad Məktəbində məruzəsi dinlənilib

  • Oxunub 1017 dəfə

 UNEC-in Rus İqtisad Məktəbində “Texnoparkların fəaliyyəti: dünya təcrübəsində və Azərbaycanda” mövzusunda elmi seminar keçirilib.

  Mövzu üzrə AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, UNEC Rus İqtisad Məktəbinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalova təqdimatla çıxış edib. Sonra mövzu üzrə çıxışlar olub və geniş müzakirələr aparılıb. Texnoparkların fəaliyyəti sahəsində dünya təcrübəsi və bu sahədə Azərbaycandakı mövcud vəziyyət, perspektiv imkanlar müzakirə olunub.

 Tədbirdə UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov, “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimov və əməkdaşlar iştirak ediblər (economics.com.az).