Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Vicdan: insanın özünəqayıdış imkanı kimi" mövzusunda müzakirələr aparıldı

  • Oxunub 1016 dəfə

 Fevralın 15-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli əsas məruzəçini təqdim etdikdən sonra AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun "Vicdan: insanın özünəqayıdış imkanı kimi" mövzusunda məruzəsi dinlənildi.

  Məruzəçi cəmiyyətdə insan amili, insan əxlaqı, etika, əxlaqın mənbəyi və əsas mahiyyəti, əxlaq və din münasibətləri, İslamda əxlaq, müxtəlif dünya görüşlərində əxlaq, vicdan və onun mahiyyəti, fəlsəfəsi, vicdan məfhumunun etimoloji əsasları, cəmiyyətdə ədalətli davranış, vicdan anlayışına müxtəlif prizmalardan yanaşmalar, vicdana əsaslanan etik normalar və filosofların tarixən ona müxtəlif baxışları və s. mənəvi-fəlsəfi məsələlər barəsində danışdı. Sonra vicdan anlayışı, insanların davranışları və cəmiyyətdə ədalət, həqiqət və reallıqlar, insan mənəviyyatı məsələləri ətrafında geniş müzakirələr aparıldı (economics.com.az).