Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Akif Musayev “Elm aylığı” çərçivəsində UNEC-də məruzə ilə çıxış edib

  • Oxunub 1032 dəfə

 Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

 UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə professor Akif Musayev iqtisad elminin müasir problemləri, dəyişən makroiqtisadi göstəricilər, qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələri, bir-birlərinə təsirləri, vergi yükünün hesablanması və qiymətləndirilməsi, optimal vergi yükünün müəyyən edilməsinin çətinliyi, gizli iqtisadiyyatın yaratdığı problemlər, ÜDM-in struktur effektivliyi, orta vergi yükünün digər makroiqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi və bu sahədə apardığı tədqiqatlar, əldə olunan nəticələr barədə danışıb.

 Sonra məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Maraqlı məruzəsinə görə professor Akif Musayev UNEC-in “Fəxri Fərman”ı ilə təltif edilib (economics.com.az).