Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun alimləri Bakı Biznes Universitetində keçirilən elmi konfransda çıxış ediblər

  • Oxunub 1060 dəfə

 Aprelin 11-də Bakı Biznes Universitetində “İnsan kapitalının formalaşması və təhsilin keyfiyyətinə təminat” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir

 Elmi konfransın əsas məqsədi Azərbaycan Respublikasında “İnsan kapitalının formalaşmsı və təhsilin keyfiyyətinə təminat” istiqamətlərini müəyyənləşdirmək, Azərbaycanda Milli İqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun iqtisa­diyyatın müxtəlif sahələrində insan kapitalının  və təhsilin keyfiyyətinin mövcud durumu, formalaşması və inkişafını araşdırmaq, ölkənin aparıcı alimləri, mütəxəssisləri və digər maraqlı tərəflərini bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil etmək, mütərəqqi fikirlərlə paylaşmaq və ölkədə bu sahədə müsbət nəticələri və perspektivləri müəyyənləşdirməkdir.

 Konfransı Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov giriş sözü ilə açaraq tədbirin aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məsələlərdən danışıb. Konfransda bazar münasibətləri şəraitində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, insan potesialının inkişafı, milli iqtisadiyyat sahələrində insan kapitalının mövcud vəziyyəti və inkişaf istiqamətləri, təhsilin keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə edildib.

 Tədbirdə 10 ali təhsil müəssisəsindən 22 alim-tədqiqatçı iştirak edib. Konfransda AMEA İqtisadiyyat İnstitutundan AMEA-nın müxbir üzvü, i.e.d., prof., Əli Nuriyev (“İnsan kapitalının formalaşması və milli iqtisadi inkişaf”), şöbə müdirləri - i.e.d., prof. Tərbiz Əliyev (“Sənaye məhəllələri və onların inkişaf perspektivləri”) və i.e.d., prof. Gülşən Yüzbaşıyeva (“Sənayedə struktur islahatları”) mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb (economics.com.az).