Dosent Allahyar Muradov Sumqayıt Dövlət Universitetində keçirilən elmi konfransda məruzə ilə çıxış edib
- Oxunub 942 dəfə
Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev, “Azərkimya” İB, “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali məktəblərin alimləri iştirak ediblər.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açıb. Sonra məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov “Biznes mühitinin insan kapitalının inkişafına təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzələr ətrafında müzakirələr aparılıb. Konfrans işini bölmə iclaslarında davam etdirib.
Qeyd edək ki, konfransa respublikamızın 21 ali təhsil müəssisəsi və bir sıra iqtisadiyönümlü təşkilatlardan daxil olmuş 160 məqalə və tezis konfrans materialları toplusu şəklində nəşr olunub (economics.com.az).