İqtisadiyyat İnstitutunun əməkdaşları AzMİU-da keçirilən elmi konfransda iştirak ediblər
- Oxunub 848 dəfə
Aprelin 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Nazirliyinin dəstəyi, universitetin və İqtisadiyyat Nazirliyinin həmtəşkilatçılığı ilə ilk dəfə “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda görkəmli iqtisadçılar, Milli Məclisin üzvləri, İqtisadiyyat Nazirliyinin, Sumqayıt Kimya Sənaye Parkı MMC-nin, İqtisadi islahatlar ETİ-nin nümayəndələri, ölkəmizin aparıcı universitetlərinin və AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları (prof. Əli Nuriyev, prof. Tərbiz Əliyev, prof. Gülşən Yüzbaşıyeva və s.) iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan iqtisadiyyatının sürətlənməsi üçün sənaye sahələrinin inkişafında vacib rol oynayan texnoparkların yaradılması, problemlərin həlli yollarının araşdırılması və əsaslandırılmasıdır. Konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup elmi əməkdaşı - i.f.d.,dos., K.N.Abdullayev, i.f.d., Ə.H.Həsənov, elmi işçi G.A.Fətəliyeva, i.f.d.,V.A.Bayramov, i.f.d., R.M.Əliyev, i.f.d., A.Hacıyev, kiçik elmi işçi G.İ.Nəbiyeva və s. müxtəlif mövzularda məruzələrlə çıxış ediblər (economics.com.az).