İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının yeni tərkibdə iclası keçirilib
- Oxunub 1387 dəfə
Oktyabrın 31-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda elmi istiqamətlər üzrə elmi şuralar haqqında AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu ildə təsdiq etdiyi yeni əsasnamə müzakirə olunmuşdur.
İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının tərkibinə ölkənin bir qrup tanınmış iqtisadçı alimləri daxildir. Şuranın iclasında çari təşkilatı məsələlər, Elmi Şuralarda təsdiq olunan dissertasiya mövzularının aktuallığı və müasir çağırışlara cavab verməsi, iqtisad elminin əsas problem mövzuları, tədqiqat mövzularının təsdiqi prosedurları, tədqiqatların aparıldığı elm və təhsil qurumları ilə kordinasiyanın təkmilləşdirilməsi və s. məsələlər geniş müzakirə edilmiş, alimlərin təklif və tövsiyələri dinlənilmişdir (economics.com.az).