Allahyar Muradov “Mədəniyyətdə iqtisadi yanaşma: kreativ sənaye” adlı vebinarda məruzə ilə çıxış edib
- Oxunub 2725 dəfə
İyulun 14-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Mədəniyyətdə iqtisadi yanaşma: kreativ sənaye” adlı vebinar keçirilib. Mərkəzin əməkdaşları ilə yanaşı tədbirdə iştirak edən gənc mədəniyyət işçiləri, habelə AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov “Biliklərə əsaslanan iqtisadiyyat və kreativlik” mövzusunda məruzə ilə çıxış edib. Onlayn müzakirəyə İnstitutun əməkdaşları – dos. Rəsmiyyə Abdullayeva, dos. Mahir Zeynalov və dos. Samirə Əhmədova da qatılıblar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, habelə Mərkəzin əməkdaşı Türkan Həsənova mövzu ilə bağlı cıxışlar ediblər, geniş müzakirələr aparılıb. Alim və mütəxəssislər çıxışlarında mədəniyyət müəssisələrinin fəaliyyətinin planlaşdırılması prosesində iqtisadi təhlillərin aparılması, beynəlxalq iqtisadi təcrübələrin öyrənilməsi, mədəniyyət sahəsində idarəetməyə müasir yanaşma, kreativlik və müvafiq mütəxəssislərin cəlb olunması kimi məsələlərin böyük əhəmiyyət daşıdığını vurğulayıblar (economics.com.az).