İqtisadiyyat İnstitutunun alimi Beynəlxalq Tətbiqi Sosial Elmlər Konfransında çıxış edib
- Oxunub 532 dəfə
Türkiyənin Aydın Adnan Menderes Universiteti, Balıkəsir Universiteti və Malta Universitetinin təşkilatçılığı ilə oktyabrın 22-24-də IV Beynəlxalq Tətbiqi Sosial Elmlər Konfransı keçirilib.
Konfransın ikinci günündə - oktyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva “Sosial təminat sisteminin dövlət tənzimlənməsi səviyyəsinin ölçülməsi” mövzusunda çıxış edib, sualları cavablandırıb. Maraqla qarşlanan bu çıxış ətrafında geniş müzakirələr aparılıb. Sosial təminat sisteminin dövlət tənzimlənməsi səviyyəsinin ölçülməsi metodologiyasının ilk dəfə AMEA İqtsadiyyat İnstitutu tərəfindən hazırlanması iştirakçılar tərəfindən yüksək qiymətləndirilib (economics.com.az).