Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları Macarıstan Tomori Pal Universitetinin keçirdiyi onlayn elmi konfransda çıxış ediblər

  • Oxunub 430 dəfə

 Noyabrın 17-də Macarıstanın Tomori Pal Universiteti Microsoft Teams proqramı vasitəsi ilə “Elmdə mədəniyyətlərin görüşməsi – Gələcəyin elmi” adlı onlayn elmi konfrans keçirib.

Tədbirə Macarıstan, Türkiyə, Azərbaycan, Hindistan, Cənubi Afrika, Ukrayna, Qana və digər ölkələrin nümayəndələri qatılıblar.

Konfransda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları – “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayeva və elmi işçi Vəfa Həşimli “Pensiya sisteminin liberallaşmasında demoqrafik amillərin rolu: ölkələrarası müqayisəli təhlil” mövzusunda çıxış ediblər.

Tədbirdə elmin müxtəlif sahələri (iqtisadiyyat, tarix, mədəniyyat, musiqi və s.) üzrə maraqlı müzakirlər aparılıb (economics.com.az).